Aşqabadda Xəzər dənizinin ekologiyası məsələləri müzakirə edirlər

Posted by

Aşqabadda Xəzər dənizinin ekologiyası məsələləri müzakirə edirlər

Aşqabadda Xəzər dənizinin ekologiyası məsələləri müzakirə edirlər

Aşqabadda Xəzər dənizinin ekologiyası məsələləri müzakirə edirlər

Bu gün Aşqabadda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası tərəflərinin konfransının V iclası keçirilir. Trend xəbər verir ki, bu barədə təşkilatçı Türkmənistan tərəfinin məlumatında deyilir.

Forumun işi mayın 30-dək davam edəcək.

Məlumata görə, iclasın əsas məsələləri dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizinin ekologiyasının etibarlı mühafizə sistemini təmin etmək məqsədilə Tehran Konvensiyasına vacib baza sənədlərinin müzakirəsi və razılaşdırılmasıdır.

İclas iştirakçıları qeyd ediblər ki, Xəzər regionu güclü enerji, nəqliyyat və kommunikasiya qovşağı olmaqla Avrasiya məkanının ən vacib geosiyasi və iqtisadi mərkəzlərindən biridir.

Tərəflərin fikrincə, dəniz sahilinin intensiv mənimsənilməsi, neft-qaz sənayesinin yüksək artım templəri, boru kəməri və nəqliyyat yolları şəbəkəsinin genişlənməsi burada bütün Xəzəryanı ölkələrin marağı, dəqiq hüquq normaları, bərabərlik nəzərə alınmaqla, beynəlxalq əməkdaşlığın qurulması zəruriliyini yaradır. Bura Xəzərin ekoloji rifahının mühafizəsi, bioloji müxtəlifliyi, zəngin resurslarının rasional istifadəsi də aiddir.

Məlumatda deyilir ki, mövcud ekoloji forum Xəzərin zəngin bioresurs aləmini qorumağa, onun razılaşdırılmış səviyyədə istifadəsinə hesablanıb.

Qeyd edək ki, Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası 2003-cü il noyabrın 4-də Tehranda imzalanıb.

 

Trend.az