Aprel ayı ərzində 144 partlamamış hərbi sursat, 3 ədəd tank, 34 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Posted by

Aprel ayı ərzində 144 partlamamış hərbi sursat, 3 ədəd tank, 34 ədəd piyada əleyhinə mina zərərsizləşdirilibAprel ayı ərzində 144 partlamamış hərbi sursat, 3 ədəd tank, 34 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Aprel ayı ərzində 144 partlamamış hərbi sursat, 3 ədəd tank, 34 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Ötən ay ərzində 1 647 620 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

 

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 144 PHS, 3 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Əməliyyatlarda 486 minaaxtaran mütəxəssis, 115 nəfərlik yardımçı heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 284 700 992 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 104-dir.

 

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

 

2015-ci ilin aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

 

Apa.az