Ankarada “Xocalı şəhidləri” abidəsinin açılışı olub

Posted by

Ankarada "Xocalı şəhidləri" abidəsinin açılışı olub

Ankarada “Xocalı şəhidləri” abidəsinin açılışı olub

Ankarada "Xocalı şəhidləri" abidəsinin açılışı olub

Türkiyənin paytaxtı Ankarada bu gün Xocalı soyqırımının 22-ci ildönümündə “Xocalı şəhidləri” abidəsinin açılışı olub.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və bir sıra millət vəkilləri iştirak ediblər.

C.Çiçək Azərbaycan və Türkiyənin sadəcə bir millət, iki dövlət deyil, eyni zamanda, bir ananın iki oğlu olduğunu bildirib.

O, qeyd edib ki, Xocalı faciəsinə biganə yanaşmaq qeyri-mümkündür: “Xocalı faciəsinə biganə yanaşan bizdən deyil. Bu, insanlığa qarşı törədilən cinayətdir”.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

 

Trend.az