Türkiyə parlamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

Posted by

Türkiyə parlamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

Türkiyə parlamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

Türkiyə parlamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat verib.

 

Trend-in Türkiyənin “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda Xocalı faicəsini törədənlər şiddətlə qınanır və faciənin bəşər tarixinin ən qara səhifəsi olduğu bildirilir.

Bununla yanaşı, komissiya Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini bildirir.

Bəyanatda o da qeyd olunur ki, Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa çağırır.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

 

Trend.az