Ankarada TürkPA-ya üzv ölkələrin parlamentlərinin sosial siyasət komitələrinin birinci toplantısı keçiriləcəkdir

Posted by

Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Musa Quliyev aprelin 7-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi TürkPA-ya üzv ölkələrin parlamentlərinin sosial siyasət komitələrinin birinci toplantısında iştirak etməkdir.

Deputatlar ölkəmizdə sosial sahədə aparılan islahatlar, dövlət tərəfindən həyata keçirilən proqramlar, bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə görülən işlər barədə məlumat verəcəklər.

Yığıncaqda quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri, təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaqdır.

Səfər aprelin 12-də başa çatacaqdır.

AzərTac.az