Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçirilir

Posted by

Bu gün Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin rəhbərləri arasında görüş keçirilir.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze iştirak edirlər.

Qeyd edək ki, üç ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşündə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmlərinin müəyyən ediləcək.

Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.

Apa.az