AMEA üzrə e-mail və mobil məlumatlandırma sistemləri yaradılır

Posted by

AMEA üzrə e-mail və mobil məlumatlandırma sistemləri yaradılır

AMEA üzrə e-mail və mobil məlumatlandırma sistemləri yaradılır

AMEA üzrə e-mail və mobil məlumatlandırma sistemləri yaradılır

. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə korporativ e-mail və mobil (sms) məlumatlandırma sistemlərinin yaradılmasına dair işlər aparılır.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “AMEA Rəyasət Heyəti Mərkəzi aparatının informasiyalaşdırılması üzrə Fəaliyyət planı”nda AMEA üzrə korporativ e-mail sisteminin yaradılması nəzərdə tutulub.

 

Tapşırılmış işlərin icrasının cari vəziyyəti ilə bağlı AMEA Rəyasət Heyətində AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyevin rəhbərliyi ilə müşavirə keçirilib. Tədbirdə AMEA-nın Rəyasət Heyəti Mərkəzi aparatının struktur bölmələri, elmi bölmələri, elmi müəssisə və təşkilatlarının, həmçinin məsul şəxslərin vahid unifikasiya olunmuş rəsmi e-poçt ünvanları müəyyən olunub.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov e-poçt ünvanlarının domen adlarının science.az domen adı altında yaradılacağını bildirib. Əməkdaşların köhnə e-ünvanları isə mail-serverdə qurulan proqramın köməyi ilə yeni ünvana transfer olunacaq. Həm e-mail, həm də sms məlumatlandırma sistemi ilə bildirişlərin eyni zamanda 100 nəfərə qədər göndərilməsi, bildirişlərin avtomatik olaraq qabaqcadan müəyyən edilmiş tarixdə və vaxtda göndərilməsi, məlumatların qəbulu barədə sistemdə real rejimdə hesabat imkanları və s. mümkün olacaq. E-mail və mobil məlumatlandırma sistemləri yaxın vaxtlarda istismara veriləcək.

 

Apa.az