AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda sərgi açılmışdır
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Görkəmli dövlət xadimi Heydər Əliyev: müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda tədbir keçirilmişdir.
Tədbir çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda sərgi açılmışdır.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, sərgidə ümummilli lider Heydər Əliyevin nitqlərinin yer aldığı kitablar, haqqında yazılmış əsərlər, Heydər Əliyev Fondunun nəşrləri və Mərkəzi Elmi Kitabxananın yenicə çapdan çıxmış görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsini əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” külliyyatının ikicildlik elmi-biblioqrafik göstəricisi nümayiş etdirilmişdir. Bunlarla yanaşı, sərgidə Ulu Öndərin həyat və fəaliyyətlərini əks etdirən virtual görüntülər, filmlər və fotoşəkillər də sərgilənmişdir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademiyanın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, AMEA institutlarının rəhbərləri və əməkdaşları, habelə tədbirdə qonaq qismində iştirak edən Milli Məclisin deputatları sərgi ilə yaxından tanış olmuşlar.
Sərgidə nümayiş etdirilən kitablar iştirakçıların böyük marağına səbəb olmuş və onlar belə bu işin təşkilinə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirmişlər.
AzərTac.az