Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin rolu böyükdür

Posted by

Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin rolu böyükdür

Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin rolu böyükdür

Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin rolu böyükdür

Mayın 1-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iki ölkə arasındakı əlaqələrdən danışmışdır. Parlamentin sədri bildirmişdir ki, ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə iqtisadi və siyasi sahələrdə əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. O bildirmişdir ki, iki ölkə arasında 7 sənəd imzalanmışdır və 6 sənəd isə imzalanma ərəfəsindədir. Bu isə onu göstərir ki, ölkələrimiz arasında əməkdaşlığın hüquqi bazası ildən- ilə daha da güclənəcəkdir.

Məlumat verilmişdir ki, Azərbaycan ilə İsrail arasında 2013-cü ildə ticarət dövriyyəsi 1 milyard 300 min dollar təşkil etmişdir.

Oqtay Əsədov gələcəkdə ticari əlaqələrin daha da genişlənəcəyinə inandığını vurğulayaraq Azərbaycan–İsrail Sənaye Ticarət Palatasının yaradılmasını bunun bariz nümunəsi kimi qiymətləndirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində göstərdiyi səylərə görə İsrail tərəfinə təşəkkürünü bildirmişdir.

Aviqdor Liberman ölkələrimiz arasındakı əməkdaşlıqdan məmnunluqla söhbət açmış, gələcəkdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırmışdır.

Qonaq ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin oynadığı rolu xüsusi vurğulamışdır.

Görüşdə gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az