AMEA Geologiya İnstitutunun əməkdaşları Gürcüstanda keçirilən beynəlxalq seminarda iştirak ediblər

Posted by

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun əməkdaşları – Geotermiya şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru Abdulvahab Muxtarov, elmi işçi Veysəl Məmmədov və mühəndis Ruslan Səfərov Gürcüstanda keçirilən beynəlxalq seminarda iştirak ediblər.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, geotermiyaya aid seminar İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutunun dəstəyi ilə Qafqaz ölkələri və Türkiyə üçün təşkil olunub.

Tədbirdə A.Muxtarov “Azərbaycanın geotermal resursları” mövzusunda məruzə ilə çıxış edib. Seminar çərçivəsində həmçinin gənc tədqiqatçılar üçün ABŞ-ın Lourens Livermor Milli Laboratoriyası, Lourens Berkli Milli Laboratoriyası və Templ Universitetinin geotermal enerji tədqiqatları sahəsində tanınmış alimlərinin iştirakı ilə təlim kursu keçirilib.

Azərbaycan alimləri burada ABŞ və Türkiyədən olan nümayəndələrlə əməkdaşlıq imkanlarını müzakirə edib, birgə tədqiqatlar üçün konkret istiqamətlər müəyyən olunub. Belə ki, Geologiya İnstitutunun Geotermiya şöbəsinin əməkdaşları ABŞ-ın Lourens Livermor Milli Laboratoriyasının alimi Con Ziagos ilə birlikdə neft mədənlərində geotermal enerji resurslarının qiymətləndirilməsi və bundan istifadə perspektivləri istiqamətində tədqiqat aparacaqlar. Geotermal resursların öyrənilməsi sahəsində Türkiyənin Hacəttəpə Universiteti ilə əməkdaşlıq perspektivləri də araşdırılır.

Apa.az