“Ailə və uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda təlim keçiriləcək

Posted by

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Universiteti tərəfindən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”na uyğun olaraq mayın 26-27-də Bakıda “Ailə və uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda təlim keçiriləcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, təlimdə müvafiq dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ombudsman Aparatı) və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirdə AQUPDK-nın ekspertləri elektron hökumət istiqamətində fəaliyyət, Milli fəaliyyət planının hüquqi tərəfləri və regionlarda iş barədə təqdimatlar edəcəklər. Həmçinin digər dövlət orqanlarının və QHT-lərin nümayəndələrinin də çıxışları dinləniləcək, müzakirələr və diskussiyalar təşkil olunacaq.

Təlimdə iştirak üçün ali təhsil ocaqlarında təhsil alan (hüquqşünaslıq, sosial iş, psixologiya ixtisasları üzrə) tələbələr dəvət olunur. İştirak etmək istəyənlər mayın 15-dək öz məlumatlarını (adı, soyadı, təhsil müəssisənin adı və əlaqə telefonları) [email protected] elektron ünvanına təqdim etməlidirlər.

Sonda tələbələrə sertifikatlar veriləcək.

AzərTac.az