Ağdaban faciəsindən 22 il ötür

Posted by

Ağdaban faciəsindən 22 il ötür

Ağdaban faciəsindən 22 il ötür

Ağdaban faciəsindən 22 il ötür

Aprelin 8-də Ağdaban faciəsindən 22 il ötür.

AzərTAc xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış və yer üzündən silinmişdir. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmiş, 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılmışdır.

Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilmişdir.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırmış, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirmişdir.

 

AzərTac.az