ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb

Posted by

ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıbADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb

ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb

Noyabrın 4-də Vaşinqtonda ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı (ADT) arasında əməkdaşlıq sazişi imzalanıb.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bu münasibətlə təşkilatın Vaşinqtonda yerləşən mənzil qərargahında ADA Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin Baş katibi Xose Manuel İnsulzanın adından təşkilatın İnkişaf üzrə İcraçı Katibi xanım Şeri Trosun iştirakı ilə imzalanma mərasimi təşkil edilib.

 

Əməkdaşlıq sazişi ADT-nin müvafiq dəstəyi əsasında, ADA Universiteti və təşkilatın üzv dövlətlərində yerləşən təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və eləcə də qarşılıqlı mədəni proqramlarda iştirakı nəzərdə tutur.

 

Mərasimin ardınca tərəflər arasında yenicə bağlanmış sazişin perspektivləri haqqında fikirlərini bölüşmüş Hafiz Paşayev həmin sənədin ADA Universitetinə dünyanın bu bölgəsini təmsil edən tələbələrin daha geniş şəkildə cəlb edilməsinə imkan yaradacağını qeyd edib. O əlavə edib ki, ADT ilə əməkdaşlıq eyni zamanda Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir təsisat kimi tanıdacaqdır. Hafiz Paşayev ADT təmsilçilərini həmçinin ADA Universitetinin qısa tarixçəsi və gələcək planları haqqında məlumatlandırıb.

 

Mərasimdə ADT adından çıxış etmiş İnkişaf üzrə İcraçı Katib xanım Şeri Tros və Beynəlxalq Münasibətlər üzrə Katib Alfonso Qinonez ADT və Azərbaycan arasında əlaqələrə toxunaraq, ADA Universiteti ilə imzalanmış sazişin bu əlaqələrə yetirəcəyi əhəmiyyətli töhfəni qeyd edib və həmin əməkdaşlıq sazişi vasitəsilə Azərbaycanın ADT üzv dövlətlərində insan kapitalının inkişafına verəcəyi dəstəyin faydasını vurğulayıblar.

 

Qeyd edək ki, 1889-cu ildə təsis edilmiş Amerika Respublikalarının Beynəlxalq İttifaqının varisi olan ADT 35 üzvə malik olaraq, tərkibində Amerika qitəsinin bütün müstəqil dövlətlərini birləşdirir.

 

APA.az