Abbas Əraqçı: “İran pessimist də olsa, nüvə müzakirələrini davam etdirməyə məcburdur”

Posted by

Abbas Əraqçı: “İran pessimist də olsa, nüvə müzakirələrini davam etdirməyə məcburdur”

 

Abbas Əraqçı: “İran pessimist də olsa, nüvə müzakirələrini davam etdirməyə məcburdur”

Abbas Əraqçı: “İran pessimist də olsa, nüvə müzakirələrini davam etdirməyə məcburdur”

 

“İran “altılıq” ölkələri ilə Vyanada aparacağı danışıqlarda nüvə mövzusundan kənar hər hansı məsələni müzakirə etməyəcək”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

 

Onun sözlərinə görə, İran bununla bağlı ona hər hansı bir təzyiq göstərilməsinə də icazə verməyəcək və bu cür istəkləri qəbul etməyəcək: “Vyanada yalnız İranın nüvə haqları istiqamətində mühüm müzakirələr olacaq. Bu müzakirələr əvvəlcədən müəyyənləşdirilmiş zaman ərzində davam etdiriləcək. Vyana müzakirələri yalnız Cenevrə razılaşması çərçivəsində olacaq”.

 

A.Əraqçı deyib ki, müzakirələrin gələcəyi mövzusunda ümidlidir: “Qarşı tərəfin niyyəti mövzusunda çox optimist deyiləm. Ancaq pessimist olsaq da, müzakirələri davam etdirməyə məcburuq. Danışıqların uğurla nəticələnməsi qarşı tərəfin yaxşı niyyət və siyasi iradəsindən asılıdır”.

 

Qeyd edək ki, bu gün Vyanada “İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri keçiriləcək. Danışıqlar martın 5-dən 7-dək davam edəcək. Bu müzakirələr texnikidir, ekspertlərin iclasındadır, həmçinin “altılıq” ölkələrinin hamısının mütəxəssisləri iştirak edəcəklər və martın 17-19-da İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton arasında keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrinə hazırlıq məqsədi daşıyır. Müzakirələr Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinin xüsusi yardımçısı Stefan Kolmentin rəhbərliyi altında keçiriləcək.

 

Apa.az