AB və AŞ arasında Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni saziş imzalanıb

Posted by

Bu gün Brüsseldə Avropa Birliyi ilə Avropa Şurası arasında yeni saziş imzalanıb.

APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, insan haqları, demokratiya və qanunun aliliyinə dair saziş Avropa Birliyinin genişləndirilməsi üzrə regionlarda əməkdaşlığın, habelə 2014-2020 illərdə Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrlə əməkdaşlıq üçün yeni çərçivələri müəyyənləşdirəcək.

Müvafiq sənəd Avropa Birliyinin müştərək proqramları vasitəsi ilə “Şərq Tərəfdaşlığı” ölkələri, habelə Türkiyə və Balkan dövlətləri ilə əməkdaşlıq üçün yeni metodları təyin edəcək.

Sazişi genişləndirmə siyasəti üzrə Avropa Birliyinin komissarı Ştefan Füle ilə Avropa Şurasının baş katibi T.Yaqland imzalayıblar.

Apa.az