ABŞ səfiri Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təşkilatların nümayəndələri ilə görüşüb

Posted by

ABŞ səfiri Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təşkilatların nümayəndələri ilə görüşüb

ABŞ səfiri Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təşkilatların nümayəndələri ilə görüşübABŞ səfiri Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təşkilatların nümayəndələri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təşkilatların nümayəndələri ilə görüşüb.

Səfirliyin mətbuat xidmətindən APA-nın sorğusuna əsasən bildirilib ki, ABŞ səfiri müntəzəm olaraq ölkədə ən böyük siyasi partiyaların nümayəndələri ilə görüşərək, Azərbaycanda siyasi mühitlə daha ətraflı tanış olur.

Görüşdə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə, “El” hərəkatının sədri Eldar Namazov, “ReAL” hərəkatının sədr müavini Erkin Qədirli, Liberal Demokrat Partiyanın sədri Fuad Əliyev iştirak ediblər.

Səfirlikdən o da qeyd olunub ki, gələn həftə səfirin Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədovla da görüşü planlaşdırılıb.

Qeyd edək ki, müxalifət düşərgəsindən verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu Azərbaycan prezidentliyinə keçiriləcək seçkilər və ölkədəki ictimai-siyasi proseslər olub.