ABŞ-ın Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiya saxlancları ilə təchiz ediləcək

Posted by

ABŞ-ın Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiya saxlancları ilə təchiz ediləcəkABŞ-ın Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiya saxlancları ilə təchiz ediləcək

ABŞ-ın Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiya saxlancları ilə təchiz ediləcək

ABŞ Dövlət Departamenti Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiyanın xüsusi saxlanclarla təmin etməlidir, habelə Moskvadakı diplomatik nümayəndəliklərində yuxarı vəzifələrə yalnız ABŞ vətənaşlarını təyin etməlidir.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu tələblər ABŞ Konqresinin qəbul etdiyi və prezident Barak Obamanın imzaladığı qanun layihəsində yer alıb.

 

Sənəddə qeyd olunub ki, ABŞ-ın Rusiya və keçmiş SSRİ respublikalarındakı diplomatik nümayəndəliklər informasiya saxlanılması üçün xüsusi yerlərlə təchiz olunmalıdır.

 

Qanun layihəsində həmçinin ABŞ-ın mərkəzi icra strukturlarına ölkənin kəşfiyyat və hüquq-mühafizə orqanlarının Ukraynanın müvafiq qurumları ilə əməkdaşlığını genişləndirmək tapşırığı əks olunub.

 

Apa.az