Azərbaycanda elektron gömrük bəyannaməsi və lisenziyalaşdırılmasının tətbiqi təklif edilir

Posted by

Azərbaycanda elektron gömrük bəyannaməsi və lisenziyalaşdırılmasının tətbiqi təklif edilirAzərbaycanda elektron gömrük bəyannaməsi və lisenziyalaşdırılmasının tətbiqi təklif edilir

Azərbaycanda elektron gömrük bəyannaməsi və lisenziyalaşdırılmasının tətbiqi təklif edilir

Azərbaycanda gömrük bəyannamələrinin təqdim edilməsi, lisenziyalaşdırma və dövlət satınalmaları üzrə xidmətləri elektron formaya keçirmək lazımdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin layihə əlaqələndiricisi Məhəmməd Muradov elektron xidmətlərin tətbiqi monitorinqinin nəticələrinin təqdimatında deyib.

 

Onun sözlərinə əsasən, daşınmaz əmlak və torpaq kadastrı üzrə elektron sistemin inkişafı, Vergilər Nazirliyinin AVIS sistemində əks olunmuş kommersiya informasiyasının digər dövlət strukturları ilə mübadilə imkanlarının yaradılması məqsədəuyğun hesab edilir.

 

Monitorinq vətəndaşlara və biznes sektora əlçatan olan 30 daha vacib və tələb olunan elektron xidmətləri əhatə edib.

 

M.Muradov qeyd edib ki, monitorinqə düşən elektron xidmətlərin ümumi sayından 47 faizi (14 ədəd) əhaliyə onlayn rejimdə göstərilir, 20 faizi (6 xidmət) elektron tədavül səviyyəsindədir, 33 faizi (10 ədəd) informasiya daşıyıcısı səviyyəsində təqdim olunub və ya ümumiyyətlə, elektron formada mövcud deyil, hərçənd onlar sosialyönümlüdürlər və tətbiq edilmələri asanlaşdırılmalıdır.

 

Elektron hökumətin infrastrukturunun monitorinqi 7 komponent üzrə keçirilib və onun vəziyyəti 7 ballıq şkala üzrə qiymətləndirilib.

 

Azərbaycanda təsdiq edilmiş elektron xidmətlərin ümumi sayından (452) “Elektron hökumət” portalında 387-dən istifadə etmək olar.

 

Trend.az