ABŞ-ın Nyu Meksiko ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib

Posted by

Fevralın 13-də ABŞ-ın Nyu Meksiko ştatının Senatında Azərbaycana dair qətnamə qəbul olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə olunub. Bu səpkidə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir.

Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayırlar.

Xatırladaq ki, bu, 2014-cü ildə ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ikinci qətnamədir. Bundan öncə, yanvarın 30-da Arizona parlamenti oxşar qətnamə qəbul edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirmişdi. Ötən il isə Nyu Meksiko parlamenti Xocalı qətliamını tanıyan qətnamə qəbul etmişdi. Fevralın 13-də ABŞ-ın Nyu Meksiko ştatının Senatında Azərbaycana dair qətnamə qəbul olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə olunub. Bu səpkidə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir.

Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayırlar.

Xatırladaq ki, bu, 2014-cü ildə ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ikinci qətnamədir. Bundan öncə, yanvarın 30-da Arizona parlamenti oxşar qətnamə qəbul edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirmişdi. Ötən il isə Nyu Meksiko parlamenti Xocalı qətliamını tanıyan qətnamə qəbul etmişdi.

Apa.az