ABŞ-ın Florida ştatında səyyar konsulluq qəbulu

Posted by

ABŞ-ın Florida ştatında səyyar konsulluq qəbulu

ABŞ-ın Florida ştatında səyyar konsulluq qəbulu

 

 

ABŞ-ın Florida ştatında səyyar konsulluq qəbulu

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən “Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası”nın (“Azerbaijani American Cultural Association”) rəhbəri Töhfə Eminovanın verdiyi məlumata əsasən, onun rəhbərlik etdiyi təşkilatın təşəbbüsü və dəstəyi ilə bu il yanvarın 3-də Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən diasporumuzun üzvləri, eləcə də Birləşmiş Ştatların vətəndaşlığını əldə etmiş azərbaycanlı soydaşlarımız üçün Mayami şəhərində səyyar konsulluq qəbulu keçirilib.

 

Səfirliyin konsulluq məsələlərinə məsul diplomatları Emil Səfərov və Vüsalə Muradəliyevanın iştirakı ilə baş tutmuş səyyar konsulluq qəbulu ilk növbədə Florida ştatında yaşayan vətəndaşlarımız və soydaşlarımıza hüquqi yardımın göstərilməsi və onların hüquq və mənafelərinin müdafiəsi sahəsində işin gücləndirilməsi, konsulluq xidmətləri barəsində maarifləndirmə, vətəndaşların peşə və məşğuliyyəti, dislokasiya yerlərinə dair məlumat bazasının genişləndirilməsi məqsədlərinə xidmət edib.

 

Səyyar konsulluq qəbulu ilə əlaqədar əvvəlcədən məlumatlandırma işini təşkil etmək üçün “Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası”nın sosial şəbəkələrdəki səhifələri və səfirliyin internet səhifəsində elanlar yerləşdirilib və eyni zamanda konsulluq uçotunda olan və Florida ştatında daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına məktublar ünvanlanıb.

 

Gün ərzində qəbula gələn həmvətənlərimiz üçün yerində bir sıra konsulluq əməliyyatları həyata keçirilib, müxtəlif spektrli sualları cavablandırılıb və əlaqədar hüquqi və prosedur məsələlər üzrə onlara müfəssəl məlumat və məsləhətlər verilib.

 

Konsulluq qəbulu münasibətilə keçirilmiş tədbirdə Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra yerli Florida sakinləri və eləcə də Nyu-Yorkda fəaliyyət göstərən “AZEM – Azərbaycan Həmvətənləri Cəmiyyəti”nin (“Azerbaijan Compatriot Society”) hazırda bu ştatda yaşayan rəhbəri Nobert Yevdayev iştirak edib. Bu tədbir, həmçinin soydaşlarımızın Yeni ilin ilk günlərində bir araya gəlməsi üçün əlavə bir fürsət təqdim edib və yerli diasporumuzun il ərzində planlaşdırılan fəaliyyəti və Vaşinqtondakı Azərbaycan səfirliyi ilə əməkdaşlığın gücləndərilməsi üzrə məsləhətləşmələrin aparılmasına şərait yaradıb.

 

AzərTac.az