Aİ Trans-Xəzər qaz kəməri üzrə danışıqların davam etdirilməsində maraqlıdır

Posted by

Avropa İttifaqı (Aİ) Trans-Xəzər qaz kəməri üzrə danışıqların davam etdirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkmənistan və Avropa Komissiyası arasında danışıqlar, habelə bu danışıqların davam etdirilməsi olduqca vacib məsələdir: “Aİ “Şahdəniz-2” layihəsinin gözlənilən uğurlu reallaşdırılması nəzərə alınmaqla bu layihə üzrə fəal işi davam etdirmək niyyətindədir. “Şahdəniz-2″ üzrə ilk nəticələr yaxın illər ərzində əldə olunacaq”.

M.Mard qeyd edib ki, Aİ enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsində maraqlıdır: “Biz hazırda olduğu kimi bir mənbədən asılı olmaq istəmirik. Aİ-nin üzv ölkələri bu məqsədə çatmaq üçün fərdi işlər də aparırlar”.

Trend.az