Nəqliyyat Nazirliyinin səlahiyyəti artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Trend-in məlumatına görə, Fərmanda Prezident qərara alıb ki, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:
“8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq”.
Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.
Trend.az