Deputat Elxan Süleymanov Avropa Xalq Partiyasının rəhbərliyinə şikayət edib

Posted by

Deputat Elxan Süleymanov Avropa Xalq Partiyasının rəhbərliyinə şikayət edibDeputat Elxan Süleymanov Avropa Xalq Partiyasının rəhbərliyinə şikayət edib

Deputat Elxan Süleymanov Avropa Xalq Partiyasının rəhbərliyinə şikayət edib

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Xalq Partiyasının (EPP) üzvü, Avropa Parlamentinin deputatı Frank Engelin rəftarı və bəyanatları ilə bağlı EPP rəhbərliyinə və EPP-nin Avropa Parlamentindəki qrupuna şikayət edib.

 

Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.

 

Millət vəkili etiraz məktubunu EPP-nin sədri Cozef Daula, partiyanın baş katibi Antonio Lopez-İsturiza, AP-də EPP Qrupunun sədri Manfred Veberə və AP-də EPP Qrupunun baş katibi Martin Kampa göndərib.

 

Etiraz müraciətində qeyd olunur ki, Lüksemburqda EPP nümayəndə heyətinə rəhbərlik edən F. Engel bu yaxınlarda Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ Qrupu”na rəhbərlik etmək barədə qərar verib. O, öz hərəkəti ilə həmin ərazilərin qondarma hakimiyyətini dəstəklədiyini, eləcə də AP deputatlarının və avropalı siyasətçilərin həmin əraziyə səfərlərini təşkil etdiyini və bundan sonra da edəcəyini açıq-aydın bəyan edir: «Bir neçə faktı qeyd etməliyik. Dağlıq Qarabağ Azərbaycanın digər yeddi rayonu ilə birlikdə iyirmi ildən artıqdır ki, Ermənistan qoşunları tərəfindən işğal edilib. İşğal bütün beynəlxalq təşkilatlar tərəfindən pislənib və bu qondarma rejim dünyanın heç bir dövləti tərəfindən tanınmayıb. Azərbaycan ərazisində formalaşdırılmış bu qeyri-legitim rejimin Ermənistan hərbi hissələrinin köməyi ilə işğal altında saxladığı əraziyə səfər etmək cinayət sayılır. Ölkənin ərazi bütövlüyünün bu şəkildə pozulmasına kömək və ya hətta bunun təşviqi ən azı beynəlxalq hüququn, eləcə də EPP Partiyası və Qruplarının prinsiplərinin pozulması hesab edilməlidir. Bu, Ukraynada böhranın davam etdiyi bir vaxtda Cənubi Qafqazda münaqişə və müharibənin təşviqi kimi başa düşülə bilər. Cənab Engel Dağlıq Qarabağı açıq şəkildə “demokratik respublika” adlandırıb. Bu ərazi Ermənistanın faktiki olaraq zorakı təcavüz və 1992-ci il Xocalı soyqırımı kimi qırğınlar vasitəsilə təsis etdiyi hərbi eksperimentidir».

 

Belə rəftarı sırf partiyanın və Avropanın müxtəlif institutlarındakı strukturlarının müdafiə etdiyi bütün dəyərlərin kobudcasına pozulması kimi dəyərləndirən E. Süleymanov F. Engelin Avropa Parlamentində Lüksemburq nümayəndə heyətinin rəhbərinin müharibəni, işğalı təşviq etmək, qırğınları və insan hüquqlarının pozulmasını adiləşdirmək üçün vəzifəsindən istifadə etməsindən narahatlığını ifadə edib:

 

«Sizdən cənab Frank Engeli dərhal məzəmmət etməyinizi və EPP ilə əlaqəli bütün strukturlardan çıxarmağınızı xahiş edirəm. Eyni zamanda EPP-nin özünü cənab Engelin verdiyi bəyanatlardan açıq şəkildə uzaq tutmasını və üzvlərini belə hərəkətləri dəstəkləməkdən çəkinməyə çağırmasını vacib hesab edirəm. Biz həqiqətən inanırıq ki, bu tədbirlərin görülməməsi Azərbaycanın Avropa ilə əlaqələrini təhlükəyə ata bilər. Bundan əlavə, bu, zorakı hərbi təcavüzə və digər ölkələrin ərazi bütövlüyünün pozulmasına dəstəyin göstəricisi hesab ediləcək. Bu, eyni zamanda Dağlıq Qarabağ təmas xəttində gərginliyin artmasını dəstəkləyə və Ermənistan tərəfdən gələcək təcavüzə razılıq kimi başa düşülə bilər».

 

Apa.az