Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Posted by

Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə iyunun 30-da Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının, ali təhsil müəssisələrinin, QHT-lərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak edirlər.

Konfransa Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan, Monako və Lixtenşteynin baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiyanın ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi və digərləri qatılmışlar.

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov konfransın açılış mərasimində çıxış edərək mayın 14-də ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlamasını respublikamızın demokratik dəyərlərə sadiqliyinin nümunəsi olduğunu bildirmişdir.

Baş prokuror Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyasının iclasında ölkəmizin Nazirlər Komitəsinə sədrliyi dövründə fəaliyyətinin prioritetlərini açıqladığını, respublikamızda korrupsiyaya qarşı mübarizənin uğurlarından danışdığını diqqətə çatdırmışdır.

Ölkəmizdə korrupsiyaya qarşı uğurla həyata keçirilən islahatlardan və bu sahədə əldə olunan nailiyyətlərdən danışan baş prokuror, konfransın Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirəcəyi 18 tədbirdən birincisi olduğunu vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanıldığını, Azərbaycan Prezidentinin Sərəncamı ilə mühüm qurumların yaradıldığını diqqətə çatdırmışdır. Akademik Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in əhəmiyyətini xüsusi vurğulamışdır. Azərbaycanda olan yüksək səviyyəli qonaqların “ASAN xidmət”in fəaliyyətini böyük maraqla müşahidə etdiklərini vurğulayan Prezident Administrasiyasının rəhbəri onların bu qurumun işini yüksək qiymətləndirdiklərini, respublikamızda korrupsiyaya qarşı mübarizədə mühüm rol oynadığını bildirdiklərini demişdir. Ramiz Mehdiyev “ASAN xidmət”in yaradılmasını və onun fəaliyyətini Azərbaycan vətəndaşlarının da böyük razılıqla qarşıladıqlarını diqqətə çatdırmışdır.

Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxumuşdur.

Daha sonra Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin baş direktoru Filip Buoya, GRECO-nun Prezidenti Marin Mrçela, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner çıxış edərək, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışmışlar.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər barədə məlumat vermişdir.

Açılış mərasimindən sonra konfrans işini “Antikorrupsiya qanunvericiliyinin tətbiqi: aktual məsələlər” və “Korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı tədbirlər” mövzularında plenar iclaslarla davam etdirir.

Sonra mövzular ətrafında müzakirələr aparılacaqdır.

 

AzərTac.az