V Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunub
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forum iştirakçıları Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinə müraciət qəbul edib.
“APA-Economics”in məlumatına görə, müraciətdə deyilir ki, ölkə başçılarının təşəbbüsü ilə 2010-cu ildən keçirilən forumlar xoşməramlı ənənəyə çevrilib və Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişafına böyük töhfə verir.
“V Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində 6 qurumlararası saziş və 5 biznes müqaviləsi imzalanıb. Ümumilikdə, forum dostluq və qardaşlıq şəraitində keçirilib”, – deyə müraciətdə qeyd olunur.
Forum iştirakçıları əminliklə bildirir ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə liderlərinin siyasi iradəsi və səyləri nəticəsində yaranan strateji tərəfdaşlığın gücləndirilməsinə səbəb olacaq.
Apa.az