Azərbaycan poçtu beynəlxalq pul köçürmələri tariflərini azaltmağa hazırdır

Posted by

“Azərpoçt” MMC STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə göstərilən pul köçürmələri xidməti tariflərini azaltmağı təklif edir. Bu barədə çərşənbə axşamı Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Hazırda Azərbaycanın poçt operatoru STEFI sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pul köçürmələrini təklif edir. Xidmət yaxın vaxtlarda Qırğızıstan üzrə də tətbiq ediləcək.

Azərbaycan poçtu üçün əsas üstünlük STEFI üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.

STEFI sistemi beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.

Onun sözlərinə görə, hazırda STEFI üzrə pul köçürmələri xidmətinə görə komissiyanın 6-7 faizə çatdığı ölkələr var: “Azərbaycan komissiyanı 2-3 faizədək azaltmağı təklif edir. Azərbaycanda bu sistem üzrə pul köçürmələrinə görə komissiya haqqı digər ölkələrlə müqayisədə ən aşağıdır. Buna baxmayaraq, Azərbaycan poçtu alınan komissiyanı 1,5-dən 1 faizədək azaltmağa hazırdır”.

Trend.az