YUNİSEF Azərbaycanda uşaq ombudsmanı institutunun yaradılmasına dəstək verir

Posted by

YUNİSEF Azərbaycanda uşaq ombudsmanı institutunun yaradılmasına dəstək verir

YUNİSEF Azərbaycanda uşaq ombudsmanı institutunun yaradılmasına dəstək verir

YUNİSEF Azərbaycanda uşaq ombudsmanı institutunun yaradılmasına dəstək verir

YUNİSEF Azərbaycanda uşaqlarla bağlı ayrıca bir Ombudsman institutunun yaradılmasına dəstək verir.

 

APA-nın məlumatına görə, bunu YUNISEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervard Ombudsmanların XII Bakı Beynəlxalq konfransında çıxışı zamanı deyib.

 

Qurumun Azərbaycan Ombudsman Aparatı ilə sıx əməkdaşlıq etdiyini deyən M.Hervardın sözlərinə görə, ombudsman qadınların, uşaqların müdafiəsində çox böyük rol oynayır, Azərbaycanda uşaqların müdafiəsi sahəsinə xüsusi həssaslıqla yanaşır.

 

Ombudsman Aparatı tərəfindən M.Hervarda Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsindəki xidmətinə görə sertifikat təqdim edilib.

 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin Milli İnsan Hüquqları İnstitutları və Regional Mexanizmlər bölməsi rəhbərinin müavini Afərin Şahidzadə isə müasir dövrdə dünyada hələ də qadınlara qarşı zorakılıq və ayrı-seçkilik hallarının müşahidə edildiyini deyib. O, dünyada münaqişələrin həlli, sülhün əldə olunması prosesində qadınların rolunun artırılmasının vacibliyini qeyd edib.

 

A.Şahidzadə qadınların cinsi zorakılığa məruz qalmasını dünyanın müxtəlif yerlərində hələ də aktual olduğunu bildirib: “BMT-nin baş katibi qadınlara qarşı zorakılıq əleyhinə kampaniyada fəal iştirak edir. Qadınların hüquqlarının müdafiəsində KİV-lərin də fəaliyyətinin genişləndirilməsi vacib məsələdir. Eyni zamanda, bu istiqamətdə ölkələr qanunvericilik bazasını gücləndirməlidir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına məişət zorakılığı ilə mübarizə sahəsində xüsusi təlimlər keçirilməlidir”.

 

Apa.az