Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır

Posted by

Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır

Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır

Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır

İyunun 18-də “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır.

 

AzərTAc xəbər verir ki, UNESCO-nun dəstəyi ilə keçirilən tədbirdə Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan artıq ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edirlər.

 

Tədbiri açan Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkəmizin sürətli inkişafından, respublikamızda insan hüquqlarının qorunması sahəsində aparılan islahatlardan və əldə edilmiş nailiyyətlərdən danışmışdır.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə qadın hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məlumat vermişdir. Əli Həsənov demişdir ki, Azərbaycan qadınları hər zaman ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Təsadüfi deyildir ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir.

 

Baş nazirin müavini, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması faktından bəhs etmişdir.

 

İyunun 20-dək davam edəcək konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcəkdir.

 

AzərTac/az