Azərbaycan ilə Tacikistan arasında insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq müzakirə edilmişdir

Posted by

Azərbaycan ilə Tacikistan arasında insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq müzakirə edilmişdir

Azərbaycan ilə Tacikistan arasında insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq müzakirə edilmişdir

Azərbaycan ilə Tacikistan arasında insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq müzakirə edilmişdir

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin insan hüquqları üzrə müvəkkili Zarif Alizoda ilə görüşmüşdür.

Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin inkişafının vacibliyi qeyd edilmiş, insan hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanmışdır.

Z.Alizoda Tacikistanda insan hüquqları ilə bağlı mövcud problemlərin aradan qaldırılması, gənclər arasında cinayət hallarının artmasına, işgəncələrə qarşı mübarizə, bu sahələrdə görülmüş və görüləcək işlər haqqında məlumat vermişdir. İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun beşillik fəaliyyətindən danışan Z.Alizoda bu sahədə bir çox dünya ölkələri ilə yanaşı, Azərbaycanın təcrübəsindən də yararlandıqlarını bildirmişdir.

A.Həsənov 1990-cı illərin əvvəlində Tacikistanda olduğu kimi, Azərbaycanın da müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklər barədə danışmışdır. Tacikistan ombudsmanı həmin dövrdə Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi ilə üzləşməsi, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğala məruz qalması haqqında məlumatlandırılmışdır.

Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu gün Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırıldığını deyən səfir bunun ölkənin qısa zaman kəsiyində əldə etdiyi iqtisadi inkişafla bağlı olduğunu diqqətə çatdırmışdır. O vurğulamışdır ki, bununla belə qaçqınlar və məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdən biri onların pozulmuş hüquqlarının bərpa olunmasıdır.

A.Həsənov və Z.Alizoda insan hüquqları sahəsində çalışan şəxslərin qarşılıqlı səfərlərinin təşkil olunması və təcrübə mübadiləsi aparılmasının əhəmiyyətini qeyd etmişlər. Həmçinin insan hüquqları ilə bağlı hüquqi, siyasi, psixoloji aspektlərə dair fikir mübadiləsi aparılmışdır.

Görüşdə səfir bu il Düşənbədə Azərbaycan iş adamlarının iştirakı ilə biznes forumun, Azərbaycan sənaye məhsulları sərgisinin təşkili, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq, eləcə də Düşənbə-Bakı birbaşa hava reysinin bərpası məsələləri üzərində iş aparıldığını qeyd etmişdir.

A.Həsənov Z.Alizodaya yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbədə tacik dilində çap olunmuş altıcildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman”, N.Zinkoviçin “Həyatın kəşməkəşləri” kitablarını hədiyyə etmişdir.

 

AzərTac.az