TQDK “Facebook” istifadəçilərinə müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Facebook” sosial şəbəkəsinin istifadəçilərinə müraciət edib.
Trend komissiyanin rəsmi saytına istinadən bildirir ki, aparılan araşdırmalar zamanı “Facebook” sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərildiyi məlum olub. Həmin səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də komissiyanın fəaliyyətinə dair təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir: “Nəzərinizə çatdırırıq ki, TQDK-nın bundan başqa heç bir rəsmi “Facebook” səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta “Facebook” səhifələrindən istifadə etməyəsiniz”.
TQDK həmin saxta səhifələrin bir çoxunun adlarını da təqdim edib. Onlar belə adlanır:
1. TQDK sualları
2. TQDK tipli suallar
3. TQDK və magistratura
4. Araz, Zirvə, Hədəf və TQDK sualları
5. Test tapşırıqları – TQDK
6. Təhsil TQDK
7. TQDK və abituriyent
8. TQDK kitabları
9. TQDK tarix
10. Məntiq və TQDK
11. TQDK Azərbaycan
12. TQDK 2014 və 2015
13. TQDK – Bilik qiymətləndirilir
Trend.az