Bakıda Azərbaycanla AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub

Posted by

Bakıda Azərbaycanla AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub

Bakıda Azərbaycanla AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub

Bakıda Azərbaycanla AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iyunun 9-da Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.

Səfər çərçivəsində regional layihələrin icrası ilə tanış olmaq üçün Gəncə şəhərində və Göyçay rayonunda da olduğunu diqqətə çatdıran V.Janq paytaxtda olduğu kimi respublikanın bölgələrində də inkişaf və tərəqqi müşahidə etdiyini bildirib.

Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək AİB-nin Rəhbərlər Şurasının illik toplantısına hazırlıq barədə də fikir mübadiləsi aparılıb. İllik iclasın təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən görülən işlər bərədə məlumat verən Samir Şərifov qeyd edib ki, hazırlıq işləri qrafikə uyğun, yüksək səviyyədə aparılır.

Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən Vençay Janq Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-nin etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə edib.

 

Trend.az