Naftalanda “Əmək yarmarkası” keçirilmişdir
Naftalan Şəhər İcra Hakimiyyətinin və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə iş axtaran şəhər sakinlərinin müvafiq iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə “Əmək yarmarkası” keçirilmişdir.
AzərTAc xəbər verir ki, yarmarkada iştirak edən Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova son illər ölkəmizdə, eləcə də Naftalanda yeni iş yerlərinin yaradılması istiqamətində görülən tədbirlərdən danışmış, əhalinin işlə təmin olunmasında əmək yarmarkalarının rolunu yüksək qiymətləndirmişdir.
Yarmarkada 64-ü dövlət, 19-u isə qeyri-dövlət olmaqla şəhərdə fəaliyyət göstərən 10 idarə və təşkilatdan 83 boş iş yeri təqdim edilmişdir. 150 işaxtaranın 55-nə münasib işlə təmin olunmaları üçün göndəriş verilmişdir.
AzərTac.az