Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycanın sərgi-ticarət mərkəzi yaradılacaq

Posted by

Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycanın sərgi-ticarət mərkəzi yaradılacaq

Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycanın sərgi-ticarət mərkəzi yaradılacaq

Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycanın sərgi-ticarət mərkəzi yaradılacaq

22-24 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində XVIII Beynəlxalq Peterburq İqtisadi Forumu keçirilir. Müxtəlif ölkələrin 6 mindən çox siyasi və biznes dairələri nümayəndələrinin iştirak etdiyi Forumda Azərbaycanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forum çərçivəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də əməkdaşlıq genişlənir, son illər ərzində Azərbaycan-Rusiya ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur.

Görüşdə ticarət-iqtisadi əməkdaşlığın, eləcə də ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivləri, həmçinin iqtisadi sahədə hüquq-müqavilə bazasının daha da genişləndirilməsi məqsədilə bir sıra sənəd layihələri – Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının sərgi-ticarət mərkəzinin yaradılması haqqında Saziş barədə müzakirələr aparılıb.

Bu sənədlərin növbəti yüksək səviyyəli səfərlər çərçivəsində imzalanması gözlənilir.

XVIII Beynəlxalq Peterburq İqtisadi Forumu mayın 24-də başa çatacaq.

 

Trend.az