Azərbaycan poçtu SMS məlumatlandırma xidməti göstərməyə başlayıb

Posted by

Azərbaycan poçtu SMS məlumatlandırma xidməti göstərməyə başlayıb

Azərbaycan poçtu SMS məlumatlandırma xidməti göstərməyə başlayıb

Azərbaycan poçtu SMS məlumatlandırma xidməti göstərməyə başlayıb

“Azərpoçt” MMC öz plastik kart sahiblərinin SMS məlumatlandırma sisteminə qoşulub. Bu barədə Trend-ə MMC-dən deyiblər.

 

Yeni SMS məlumatlandırma servisi bank hesabları üzrə əməliyyatlar aparmağa və həyata keçirilən əməliyyatlar haqqında məlumat əldə etməyə imkan verir.

 

İstifadəçinin mobil telefonuna “Azərpoçt”un plastik kartlarının köməyilə həyata keçirilən pul vəsaitlərinin hesabdan silinməsi və ya hesaba qatılması üzrə hər bir əməliyyat haqqında SMS məlumat gəlir.

 

Xidməti “Millikart” prosessinq mərkəzinin xidmət göstərdiyi bütün bankomatlar vasitəsilə aktivləşdirmək olar.

 

Xidmətin qiyməti ayda 1 manat təşkil edir və o, aylıq çıxarışda göstəriləcək.

 

Trend.az