Azərbaycanda insan alveri qurbanlarının repatriasiya qaydaları dəyişib

Posted by

Azərbaycanda insan alveri qurbanlarının repatriasiya qaydaları dəyişib

Azərbaycanda insan alveri qurbanlarının repatriasiya qaydaları dəyişib

Azərbaycanda insan alveri qurbanlarının repatriasiya qaydaları dəyişib

İnsan alverinin qurbanı olan uşaqlar barəsində ölkə hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilməyəcək

 

Nazirlər Kabinetinin “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nda dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, insan alverinin qurbanı olan uşaqlar barəsində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilməyəcək.

 

Eyni zamanda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 (bir) il müddətində DMX tərəfindən Azərbaycan hüdudlarından kənara çıxarma haqqında qərar qəbul olunmayacaq.

 

Bu müddət başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə bağlı cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq olunmur, habelə DMX tərəfindən Azərbaycan hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilməyəcək.

 

İndiyə qədər Azərbaycanda yaşamaq hüququ verilmiş insan alverinin qurbanı immiqrant statusu əldə edib və bu statusdan irəli gələn bütün hüquq və vəzifələrə malik olub.

 

Dəyişikliyə əsasən, bu müddəa ləğv edilib.

 

Apa.az