Azərbaycandan ABŞ-a birbaşa aviareysin açılması üçün təhlükəsizlik təftişi aparılacaq

Posted by

Azərbaycandan ABŞ-a birbaşa aviareysin açılması üçün son addım olaraq təhlükəsizlik təftişi aparılacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ və Azərbaycan arasında birbaşa reyslərin açılması ilə bağlı suala cavabında bildirib.

Səfir güman etmir ki, burada hər hansı bir xoşagəlməz hal və ya yubanma baş versin. Yayın sonları – payızın əvvəli birbaşa aviareysin açılması reallaşa bilər.

Riçard Morninqstar qeyd edib ki, birbaşa aviareysin açılması üçün ABŞ və Azərbaycan bu istiqamətdə xeyli irəliləyiş əldə edib.

Onun sözlərinə görə, ABŞ-ın müvafiq rəsmiləri, Azərbaycan Hava Yolları (AZAL), eyni zamanda Dövlət Mülki Aviasiyası ilə məhsuldar şəkildə əməkdaşlıq edirlər.

ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycana uçuşlara icazə verən birinci dərəcəli sertifikat verib.

Trend.az