Zakir Qaralov Cəlilabadda vətəndaşları qəbul edib

Posted by

Zakir Qaralov Cəlilabadda vətəndaşları qəbul edib

Zakir Qaralov Cəlilabadda vətəndaşları qəbul edib

Zakir Qaralov Cəlilabadda vətəndaşları qəbul edib

Respublikanın Baş prokuroru Zakir Qaralov mayın 16-da Cəlilabad Rayon Prokurorluğunun inzibati binasında Cəlilabad, Masallı, Biləsuvar, Cəbrayıl və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə rayon prokurorlarının iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 60-a yaxın vətəndaşın müraciət, təklif və şikayətini dinləyib.

 

Müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun müvafiq strukturlarına, eləcə də rayon prokurorlarına lazımi göstərişlər verilib.

 

Vətəndaşları narahat edən məsələlərin əksər hissəsi yerindəcə həll olunub.

 

Qəbul zamanı konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntularının, sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həllindən ötrü zəruri tədbirlərin görülməsi təmin edilib.

 

Apa.az