BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan nümayəndəliyinin rəhbəri Ombudsman Aparatında olmuşdur

Posted by

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan nümayəndəliyinin rəhbəri Ombudsman Aparatında olmuşdur

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan nümayəndəliyinin rəhbəri Ombudsman Aparatında olmuşdur

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan nümayəndəliyinin rəhbəri Ombudsman Aparatında olmuşdur

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Daq Siqurdson ilə görüşmüşdür.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, müvəkkil təsisatı ilə BMT QAK arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyət haqqında fikir mübadiləsi aparılmışdır.

Ombudsman öz fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət yetirilən prioritet məsələlərdən olduğunu vurğulamışdır.

D. Siqurdson Ombudsman təsisatı ilə əməkdaşlığı yüksək qiymətləndirmiş, qaçqın və məcburi köçkünlərə, o cümlədən qadınlara, ahıllara və uşaqlara treninqlərin keçirilməsinin, ödənişsiz hüquqi yardım göstərilməsinin vacibliyini qeyd etmişdir.

Müvəkkil miqrantların, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə Ombudsmanın xüsusi müşavirinin fəaliyyət göstərdiyini diqqətə çatdırmış, bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar təkliflər hazırlandığını və müvafiq orqanlara göndərildiyini söyləmişdir.

Görüşdə E. Süleymanova BMT-nin qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyanın, habelə Uşaq hüquqları üzrə Konvensiyasının qəbul edilməsinin ildönümlərini nəzər alaraq, XII Bakı Beynəlxalq Ombudsmanlar Konfransının mövzusunun məhz qadın və uşaq hüquqlarının müdafiəsi məsələlərinə həsr olunduğunu, həmçinin son vaxtlarda insan hüquqlarının daha səmərəli təmini baxımından hazırlanmış qanunvericilik sənədlərindən olan “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin Milli Məclisin iclaslarında müzakirə olunduğunu bildirmişdir.

D. Siqurdson faydalı fikir mübadiləsi, səmərəli təkliflər üçün minnətdarlığını bildirmiş, qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümid bəslədiyini demişdir.

 

AzərTac.az