Minsk qrupunun amerikalı həmsədri Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyətləri ilə görüşəcək
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik may ayında Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyətləri ilə görüşəcək. Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz “Twitter” səhifəsində yazıb.
Amerikalı həmsədr bildirib: “May ayında Los-Ancelesdə Ermənistan-Amerika və Hyustonda Azərbaycan-Amerika cəmiyyəti ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün səbirsizlənirəm”.
Trend.az