Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 milyon 739 min 808 nəfərə yüksəlmişdir

Posted by

Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 milyon 739 min 808 nəfərə yüksəlmişdir

Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 milyon 739 min 808 nəfərə yüksəlmişdir

Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 milyon 739 min 808 nəfərə yüksəlmişdir

Cari il aprelin 1-i tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,8 faiz artmışdır.

DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, 2014-cü ilin birinci rübündə DSMF tərəfindən əlavə olaraq 48 min 451 sığortaolunana sosial sığorta nömrəsi verilmiş və onlar üçün fərdi şəxsi hesab açılmışdır. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 milyon 739 min 808 nəfərə yüksəlmişdir.

Cari il aprelin 1-nə olan məlumata əsasən, DSMF-in fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,7 faizi kişi, 41,3 faizi isə qadındır.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2 faizini 30 yaşa kimi vətəndaşlar, 24,2 faizini 30-40 yaş arasında olan vətəndaşlar, 21,9 faizini 40-50 yaş arasında olan vətəndaşlar, 21,2 faizini 50-60 yaş arasında olan vətəndaşlar, 10,5 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

DSMF-in fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Qeyd edək ki, fərdi uçot – Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

 

 

AzərTac.az