Azərbaycanda istehsal olunan «Gürzə» patrul maşını üzərinə Türkiyə şirkətinin döyüş modulu quraşdırılır

Posted by

Azərbaycanın hərbi müəssisələrində istehsal olunmuş «Gürzə» patrul maşının üzərinə Türkiyənin ASELSAN şirkətinin SARP döyüş modulunun inteqrasiyası sınaqdan keçirilir.

APA-nın məlumatına görə, artıq bununla bağlı bəzi nəticələr əldə olunub.

Yerüstü obyektlər və nəqliyyat vasitələri üçün modifikasiyaları olan SARP döyüş Modulu ASELSAN şirkəti tərəfindən bir neçə il əvvəl yaradılıb. Universallığı ilə fərqlənən bu modulun üzərinə 12,7 mm və 7,62 mm çaplı pulemyotlar, habelə 40 mm çaplı avtomatik qumbaraatanlar yerləşdirmək olur. Döyüş modulu nəqliyyat vasitəsinin kabinəsindən kompüterlə idarə olunan bu sistem hədəfləri yüksək dəqiqliklə məhv etməyə imkan verir.

Azərbaycan tərəfi «Gürzə» maşınlarının beynəlxalq bazarlara bu döyüş modulu ilə silahlanmış modifikasiyasını da təqdim etmək niyyətindədir.

Qeyd edək ki, Toyota HİLOYX 12 modelinin bazasında hazırlanmış «Gürzə» 4×4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. «Gürzə» patrul maşınının xüsusi təyinatlı qüvvələr üçün yanlarda 7,62 mm, üzərində 12.7 mm çaplı pulemyotla silahlandırılmış modifikasiyası ilə yanaşı, tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış «Bəbir» və avtomatik qumbaraatanlarla silahlandırılmış «Əqrəb» adlı iki ayrı modifikasiyası var.

Apa.az