Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?

Posted by

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?

Azərbaycanda sağlamlıq imkanları məhdud 18 yaşınadək olan uşaqlara dövlət tərəfindən edilən güzəştlər açıqlanıb.

Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib ki, hazırda Azərbaycanda 62 860 nəfərə yaxın sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq var: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əsasən, belə uşaqların ilk növbədə dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var”.

Onun sözlərinə görə, qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər. Müvafiq icra hakimiyyəti orqanları və Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını təmin edirlər: “Bu şəxslərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən, evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir. Eyni zamanda, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara dövlət tərəfindən sosial müavinət verilir, onların statusu və göstərilən yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir”.

Nazir qeyd edib ki, Nazirlər Kabinetinin 2013-cü ildə təsdiq etdiyi “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na müvafiq olaraq, sağlamlıq imkanları məhdud uşaqlara sosial işçi və sosial xidmətçi tərəfindən evdə (səyyar) sosial xidmət göstərilə bilər.

 

Trend.az