Azərbaycanda əlilliyi olan şəxslərə verilən arayışların məzmunu dəyişdirilib

Posted by

Azərbaycanda əlilliyi olan şəxslərə verilən arayışların məzmunu dəyişdirilib

Azərbaycanda əlilliyi olan şəxslərə verilən arayışların məzmunu dəyişdirilib

Azərbaycanda əlilliyi olan şəxslərə verilən arayışların məzmunu dəyişdirilib

Azərbaycanda əlilliyi olan şəxslərin işlə təmin olunmasını asanlaşdırmaq üçün onlara verilən arayışların məzmunu dəyişdirilib.

Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib ki, əvvəllər əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraiti göstərilmir, sadəcə “əmək qabiliyyətsiz” sözü yazılırdı. Bu da əlil şəxslərin məşğulluğuna ciddi maneə yaradan hal idi: “Biz bu maneəni aradan qaldırdıq və artıq əlillik qrupu verilən bütün şəxslərin əlillik arayışlarında onlar üçün əmək zəmanəti qeyd olunur. Bu da əlillliyi olan şəxsə bu və ya digər müəssisədə öz fiziki imkanlarına uyğun işlə təmin olunmağa imkan verir”.

S.Müslümov bildirib ki, milli qanunvericilikdə əlilliyi olan şəxslərin əmək və məşğulluq hüquqları təsbit olunub. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, dövlət büdcəsinə əlilləri və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə orta aylıq əməkhaqqının 3 misli məbləğində vəsait köçürürlər.

Nazirin sözlərinə görə, hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaqdır. O, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır: “Qeyd etmək istərdim ki, əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi böyük rol oynayıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 11 912 nəfər əlil olub. Həmçinin Azərbaycan ərazisinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% hissəsindən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir”.

 

Trend.az