İsveçrənin OİKOS təşkilatı QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsində iştirakda maraqlıdır

Posted by

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında İsveçrənin OİKOS təşkilatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iştirak edən təşkilatın Direktorlar Şurasının üzvü Levan Panqani, İctimaiyyətlə əlaqələr departamentinin sədri İrina Doqraşvili və Tbilisi nümayəndəliyinin rəhbəri Ani Lomouri təmsil etdikləri təşkilatın 1987-ci ildə İsveçrədə yaradıldığını və hazırda dünyanın 21 ölkəsində 40-a qədər təmsilçiliyinin fəaliyyət göstərdiyini bildiriblər.

Şuranın fəaliyyətini örnək bir nümunə hesab etdiklərini vurğulayan OİKOS təmsilçiləri qarşılıqlı faydalı münasibətlərin qurulmasında, o cümlədən xarici QHT-lər üçün qrant müsabiqəsində iştirakda maraqlı olduqlarını vurğulayıblar.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın fəaliyyəti haqqında danışaraq, xarici QHT-lər üçün elan edilən qrant müsabiqəsinin mövzuları, şərtləri və qaydaları haqqında məlumat verib.

F.Qurbanov Şuranın beynəlxalq əlaqələrində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün xarici QHT-lərlə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Trend.az