Azərbaycanda Çernobıl əlilləri üçün Prezident təqaüdü təsis edilib

Posted by

Azərbaycanda Çernobıl əlilləri üçün Prezident təqaüdü təsis edilib

 

Azərbaycanda Çernobıl əlilləri üçün Prezident təqaüdü təsis edilib

Azərbaycanda Çernobıl əlilləri üçün Prezident təqaüdü təsis edilib

 

Azərbaycan prezidenti İlham Əliyev “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü” aylıq məbləği 60 manat müəyyən olunub.

 

Təqaüdü dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyəcək.

 

Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.

 

Apa.az