Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib

Posted by

Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib

Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib

Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib

Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, lisenziyası olmayan 5 aptekin fəaliyyəti dayandırılıb.

Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir.

Ötən il Bakıda lisenziyasız stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkarlanıb, onlar barəsində müvafiq tədbirlər görülüb. Ümumiyyətlə, 2013-cü il ərzində lisenziya olmadan 376 özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı aşkarlanaraq inzibati icraat aparılıb.

 

Trend.az