Ötən il fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 559 nəfər zərərçəkmiş xilas edilib

Posted by

Ötən il Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 556 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatları keçirilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 183-ü uşaq olmaqla 559 nəfər zərərçəkmiş şəxs xilas edilib, 77 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 97 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 233 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılıb. Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 160 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 217 nəfər olmaqla cəmi 377 nəfər xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 55 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend.az