Fərhad Məmmədov: Sumqayıt hadisələri xüsusi xidmət orqanlarının, erməni diasporunun gördüyü işlər idi

Posted by

“1988-ci ildə Sumqayıtda baş verən hadisələr bizim üçün bir dərs oldu. Bu hadisələr xüsusi xidmət orqanlarının, erməni diasporunun gördüyü işlərin, bir zəncirin halqasıdır”. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM-da Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr edilən “Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət” mövzusunda keçirilən “dəyirmi masa”da bildirib.

F.Məmmədov qeyd edib ki, 1988-ci il fevralın 28-də baş vermiş hadisə Azərbaycan tarixində böyük fəlakətlərə gətirib çıxarıb: “Çünki məhz bu hadisədən sonra Dağlıq Qarabağ münaqişəsi istiqamətində ermənilərin fəaliyyəti daha da fəallaşıb. Onlar bu hadisələri önə çəkərək fəaliyyətlərinə legitimlik donu geydirməyə çalışırlar. Sumqayıt hadisələri həm də SSRİ miqyasında yeni bir prosesin baçlanğıcı oldu”.

SAM rəhbərinin fikrincə, Sumqayıt hadisələrindən ermənilər və erməni diapsoru tərəfindən fəal şəkildə istifadəsi ona gəririb çıxardı ki, dünya ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi haqqında məhz bu konteksdə məlumat aldılar.

O, hesab edir ki, bu hadisəyə obyektiv yanaşmanın təmin edilməsi, Dağlıq Qarabağ hadisələri barədə dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılması üçün tədbirlər davam etdirilməlidir.

Trend.az