Azərbaycan hərbçiləri mayda Astanada KADEX-2014 hərbi sərgisində iştirak edəcəklər

Posted by

May ayının 22-dən 25-dək Qazaxıstanın paytaxtı Astana şəhərində KADEX-2014 hərbi-texniki əmlak sərgisi keçiriləcək.

APA-nın sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, bu günədək 15 ölkədən 155 şirkət sərgidə iştirakını təsdiqləyib.

Beş istiqamət üzrə keçiriləcək sərgidə dünyanın aparıcı şirkətləri tərəfindən silah və texnika nümunələri əyani şəkildə nümayiş olunacaq.

Bu ilki hərbi sərgidə Rusiya, Türkiyə, İsrail, Fransa və Belarus şirkətləri üstünlük təşkil edir.

Sərgidə iştiraka dəvət olunan Azərbaycanı ziyarətçi qismində Müdafiə Nazirliyi və digər hərbi qurumların əməkdaşlarından ibarət nümayəndə heyətləri təmsil edəcək.

Apa.az