Azərbaycanda 18 minə yaxın elektron imza sertifikatı verilmişdir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron imza vəsiqələri barədə cari ilin fevralın 1-nə olan statistik məlumatı açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkə üzrə əldə olunan elektron imza sertifikatlarının sayı 17 min 981 ədəd olmuşdur. Artıq dövlət qurumlarına 12 min 402 elektron imza sertifikatı verilmişdir. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı isə 723-ə çatmışdır. Vətəndaşlar isə 4 min 856 sertifikat əldə etmişlər.
Elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron təsdiqini təmin edən vasitədir.
AzərTac.az